Əmək fəaliyyətində fərqlənən işçilərlə görüş keçirildi — FOTOLAR

SOSİAL 16 oktyabr 2025, 17:52
20 Sentyabr – “Neftçilər Günü” peşə bayramı münasibətilə neft və qaz sənayesinin inkişafına verdikləri töhfələrə görə “Azəriqaz” İstehsalat Birliyinin bir sıra əməkdaşı SOCAR-ın “Fəxri neftçi” döş nişanı və Fəxri Fərmanı ilə təltif edilib.

Bu münasibətlə Birliyin İdarəetmə Aparatında təltif olunan əməkdaşlarla görüş keçirilib. Görüş zamanı Birliyin baş direktoru Azər Məmmədov SOCAR rəhbərliyinin diqqət və qayğısını yüksək qiymətləndirərək minnətdarlığını ifadə edib.

Tədbir çərçivəsində 9 əməkdaşa “Fəxri neftçi” döş nişanı, 20 əməkdaşa isə Fəxri Fərman təqdim olunub.

 







SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top