Taksilərlə birlikdə sürücülərin də sayı azaldılacaq?

GÜNDƏM 16 oktyabr 2025, 17:13
"Bunu, təbii ki, zaman göstərəcək. Hazırda 25 min taksinin istismarı ilə bağlı müəyyən kvota tətbiq olunur. Lakin bu, o demək deyil ki, kvota qüvvəyə mindiyi andan — yəni noyabrın 1-dən etibarən taksilərin sayı birdən-birə kəskin azalacaq və ya xidmət haqları ciddi şəkildə bahalaşacaq. Belə bir hal gözlənilmir".

Bu sözləri Demokrat.az-a açıqlamasında nəqliyyat eksperti Eldəniz Cəfərov deyib. 

O bildirib ki, müəyyən keçid dövrü olacaq və həmin müddət ərzində mövcud taksilər fəaliyyətlərini davam etdirəcəklər:

"Qeyd etmək lazımdır ki, tətbiq olunan bu kvota yalnız taksilərin sayına, yəni istismarda olan nəqliyyat vasitələrinə aiddir. Bu, sürücülərin özlərinə şamil edilmir. Başqa sözlə desək, ölkədə 25 min taksi fəaliyyət göstərə bilər, amma həmin taksiləri idarə edən sürücülərin sayı 50 min, hətta 70 min nəfərə qədər ola bilər. Bu da təbii haldır, çünki bir nəqliyyat vasitəsini bir neçə sürücü növbəli şəkildə idarə edə bilər".

Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top