Zelenski ilə görüşdən əvvəl onunla danışacaq

DÜNYA 16 oktyabr 2025, 19:14

Ukrayna Prezidenti Volodimir Zelenskinin ABŞ-yə səfəri ərəfəsində Rusiya lideri Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp telefonla danışacaq.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Axios” məlumat yayıb.

“Axios”a məlumatlı mənbə bildirib ki, ABŞ lideri Tramp cümə axşamı Rusiya Prezidenti Putinlə telefon danışığı aparacaq”, – portal yazır.

Danışıq Tramp və Zelenskinin Ağ Evdəki görüşündən bir gün əvvəl baş tutacaq. Tərəflər Ukraynanın uzaqmənzilli “Tomaqavk” raketləri ilə təchiz edilməsi imkanlarını müzakirə edəcəklər.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top