Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin nadir torpaq elementləri və nüvə enerjisi sahəsində strateji planlarından danışıb.
APA-nın Türkiyə bürosu xəbər verir ki, Ərdoğan Türkiyənin bu sahədə dünyanın aparıcı ölkələri sırasına daxil olmağı qarşıya məqsəd qoyduğunu bildirib:
“Nadir torpaq elementləri üzrə dünyanın ən yaxşı 5 ölkəsindən biri olmaq istəyirik”, - deyə Ərdoğan qeyd edib.
Türkiyə prezidenti Beylikovada yerləşən nadir torpaq elementlərinin başqa dövlətlərə verilməsi barədə yayılan iddiaları isə qəti şəkildə təkzib edib.
“Beylikovadakı nadir torpaq elementlərinin hər hansı ölkəyə verilməsindən söhbət belə gedə bilməz, bu müzakirə mövzusu belə ola bilməz”, - deyə o bildirib.