Xırdalanda 10 manata görə qan töküldü: 19 yaşlı gəncin qətlinin TƏFƏRRÜATI

KRİMİNAL 15 oktyabr 2025, 21:42

Xırdalan şəhəri, Heydər Əliyev küçəsində yerləşən "Ana və Bala" parkında baş vermiş qətlin təfərrüatı məlum olub.

Demokrat.az "Teleqraf"a istinadla xəbər verir ki, 2006-cı il təvəllüdlü Fərid Məmmədovun Elmir Bədirova bıçaqla ağır xəsarət yetirməsinə səbəb borc mübahisəsi olub.

Belə ki, Elmir Bədirov Fərid Məmmədovdan ona verdiyi 10 manatı geri istəyib. Bu səbəbdən aralarında mübahisə yaranıb və dava düşüb.

Mübahisə zamanı Fərid Məmmədov bıçaqla Elmir Bədirova bir neçə zərbə endirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top