Abşeron rayonunda 1982-ci il təvəllüdlü Aqil şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı qeyri-rəsmi münasibətdə olduğu İlhaməyə (adlar şərtidir – red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə bu ilin fevralın 21-də Xırdalan şəhərində yerləşən “Abşeron Gənclər şəhərciyi”ndə baş verib.
Aqil İlhamə ilə birgə yaşadıqları evdə mübahisələri olub. Çütlüyün arasında mübahisənin yaranmasına səbəb isə Aqilin mobil telefonla başqa qadınla ünsiyyət saxlamasını qadın görüb və qısqanclıq zəminində ona irad bildirib.
Bu zaman Aqil qeyri-rəsmi ər-arvad münasibətində olduğu İlhamə ilə aralarında həmin səbəbdən mübahisə yaranıb. Narazılıq üstündə mübahisə etdikdə həmin mübahisə əsnasında əsəbiləşən Aqil onun barmağını sıxaraq qırıb.
Hadisəni törədən Aqilin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə izahat verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, barəsində şikayət edən zərərçəkmiş şəxs ilə təxminən 1 il olar qeyri-rəsmi nikah münasibətləri var: “İlk zamanlar İlhamə ilə münasibətlərimiz yaxşı olsa da, lakin son zamanlar məni qısqandığı üçün aramızda sözlə mübahisələrimiz yarandı. Fevralın 21-də, gecə saatlarında İlhamə ilə birlikdə yaşadığımız mənzildə olarkən telefonunda başqa qadınla yazışmağımı gördü. Buna görə də aramızda mübahisə baş verdi. Mübahisə zamanı əsəbiləşərək İlhamənin sağ əlindən tutaraq, qəsdən baş barmağını sıxdım, ona xəsarət yetirdim. Bundan sonra İlhamənin ağrıdığını gördüm və dərhal onu Respublika xəstəxanasına apardım. Orada ilkin tibbi yardım edildikdən sonra yaşadığı evə buraxıldı”.
Bu cinayət işinə Abşeron Rayon Məhkəməsində baxılıb. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkmişlə barışıb.
Həmçinin zərərçəkən qeyri-rəsmi münasibətdə olan kişini bağışladığını, ona qarşı şikayətini geri götürdüyünü deyib. Bu səbəbdən hakim təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verib. O, cinayət məsuliyyətindən azad edilib.
Fariz Məlikli
Demokrat.az