Gəncədə 41 yaşlı kişi naməlum şəraitdə bıçaq xəsarəti alıb.
Demokrat.az xəbər verir ki, Bizim.Media-nın yerli bürosunun məlumatına görə, 1985-ci il təvəllüdlü S.Fərzəliyev bədənin kəsilmiş-deşilmiş yarası diaqnozu ilə Gəncədəki xəstəxanalardan birinə yerləşdirilib.
Yaralı dərhal əməliyyata götürülüb, hazırda vəziyyəti stabil hesab olunur. Müalicəsi davam etdirilir.
Fərzəliyevin kim tərəfindən və hansı şəraitdə bıçaqlanması hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.


