Sabunçuda 29 yaşlı oğlan iş yoldaşına xəsarət yetirdi

KRİMİNAL 13 oktyabr 2025, 15:54
Bakının Sabunçu rayonunda 1996-cı il təvəllüdlü Mustafa şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı Əfqana (adlar şərtidir – red.) xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə 2023-cü ilin noyabrın 29-da rayonunun Bakıxanov qəsəbəsində yerləşən “Aygün Mall” ticarət mərkəzinin  yaxınlığında baş verib. 

Mustafa həmin gün saat 23:00-da “Aygün Mall” ticarət mərkəzinin yaxınlığında məişət tullantıları yığaraq işini yekunlaşdırdıqdan sonra onunla məişət tullantıları yığan avtomaşında eyni növbədə işləyən Əfqan zəng edib. 

Əfqan ona daha bir neçə yerdən məişət tullantılarını götürməyi deyib. Amma Mustafa ona avtomobili qaraja aparmalı olduğunu deyib. 

Bu zaman onların arasında mübahisə yaranıb. Mübahisə sonradan davaya çevrilib. Mustafa zərərçəkmiş şəxsi heç bir səbəb olmadan onunla telefonla və sonradan ticarət mərkəzinin yaxınlığında  olduğu ünvana gələrək  avtomaşının salonunda mübahisə yaradıb. Sonra Mustafa yumruq və təpiklə Əfqanın ənsə, sonra isə kürək nahiyələrinə kəsici alətlə zərbələr vurub. 

Hadisəni törədən Mustafanın barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

İş üzrə ifadə verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, MMC-yə məxsus məişət tullantıları yığan avtomaşında fəhlə olaraq işləyir: “Zərərçəkmiş şəxs mənimlə birgə həmin müəssisədə işləmişik. 2023-cü ilin noyabrın 29-da, axşam saatlarında iş yerimin rəhbərliyi tərəfindən mənə “İsuzu” markalı avtomobili qaraja aparılması tapşırıldı. Buna görə həmin avtomobili qaraja aparmaq istəyərkən zərərçəkmiş şəxs zəng etdi. Əlavə bir neçə yerdən də məişət tullantılarını götürməyi bildirdi. Ona avtomaşının qaraja  aparılmasının tapşırıldığını və bunu edə bilməyəcəyimi söylədiyim üçün aramızda mübahisə yarandı. Daha sonra zərərçəkmiş şəxs avtomobilin olduğu yerə gəldi və avtomobilin salonunda aramızda mübahisə yarandı. Mübahisə zamanı zərərçəkmiş şəxsin altına yıxıldım. Düşdüyüm vəziyyətdən çıxmaq üçün əlimə oturacağın altından vintburan açarını götürdüm və həmin predmetlə zərərçəkmiş şəxs qarın nahiyəsinə 1 dəfə vurdum”.

Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub. Ona 1 il 6 ay müddətinə sınaq olmaqla 3 il şərti cəza verilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top