Sumqayıt şəhərində iki nəfər arasında yaranan mübahisə cinayətlə nəticələnib.
Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə Sumqayıt şəhəri, 41A məhəllə ərazisində yerləşən 5A saylı yaşayış binasının 4-cü girişində baş verib
Sumqayıt şəhər sakini, 1981-ci il təvəllüdlü Rauf aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı tanışı Zahidin baş nahiyyəsindən dəmir dabankeşlə, yumruqla isə üz nahiyyəsindən vurub.
Hadisəni törədən Raufun barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə ifadə verən Rauf ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Zahid onun yaşadığı əraziyə baxan 12 saylı MKİS-də bağban işləyir və mütəmadi olaraq yaşadığı 41A məhəllə ərazisində olur: “Hadisə günü, təxminən saat 13:30-da evimin kanalizasiya xətti tutulduğu üçün yaşadığım binanın həyətində dayanan Zahidə yaxınlaşdım. Bu işdə mənə köməklik etməsini istədim və ona göstərdiyi kömək müqabilində 5 manat verəcəyimi dedim. Zahid də mənimlə razılaşdı. Dəmir trosla evimin eyvanından küçəyə gələn kanalizasiya xəttini təmizləməyə başladıq”.
Təqsirləndirilən şəxs qeyd edib ki, təxminən saat 14:00-da Zahidə işini qurtardıqdan sonra 5 manat verib: “Bu zaman Zahid pulun az olduğunu dedi. Mən üzərimdə pul az olduğum üçün ona əlavə olaraq 8 manat pul verdim. Zahid pulun az olduğunu dedi və ünvanıma nalayiq ifadələr işlətdi. Əlavə olaraq 2 manat da verməyimi istədi. Zahidə baş qoşmayaraq pul gətirmək üçün evə getdim. Mən bloka girən zaman Zahidin arxamca yenə söydüyünü eşitdim. Mən evdən 2 manat pul götürərək aşağı düşdüm. Mən evdən çıxan zaman dəhlizdə olan dəmir dabankeşi də həyətdə olan kanalizasiya borusunun ətrafında olan torpağı düzləşdirmək üçün götürdüm. Yaşadığım binanın girişinin 1-ci mərtəbəsinə düşən zaman Zahidin blokda məni gözlədiyini gördüm. 2 manat pulu ona verərək bir daha söyüş söyməməsini bildirdim. Buna görə aramızda mübahisə yarandı. Zahid yenə nalayiq söyüşlə məni söydü. Mən də bundan əsəbləşərək əlimdə olan dəmir dabankeşlə onun başından, yumruqlarla sifətindən vurdum. Zahidin başından xəsarət aldığını görərək onu daha vurmadım və öz evimə getdim. Zahid də oradan getdi. Sonradan Zahidin məndən polisə şikayət etdiyini öyrəndim”.
Bu cinayət işinə Sumqayıt Şəhər Məhkəməsində baxılıb. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkmişlə barışıb. Bu səbəbdən zərərçəkən ona qarşı şikayətini geri götürüb.
Hakim onların barışmasını nəzərə alıb və təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verib. O, cinayət məsuliyyətindən azad edilib.
Fariz Məlikli
Demokrat.az