Keçmiş PA rəhbəri Ramiz Mehdiyev barəsində ev həbsində olmaqla 4 aylıq həbsqətimkan tədbiri seçilib. Mehdiyev dövlətə xəyanətdə ittiham olunur. Ramiz Mehdiyevin Azərbaycan dövləti və dövlətçiliyinə qarşı hər zaman mübarizə apardığını deyən “Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi” ictimai birliyinin (ATXƏM) sədri İlham İsmayılov Newscenter.az-a açıqlamasında sabiq PA rəhbərinin ona qarşı da çirkin oyunlardan istifadə etdiyini diqqətə çatdırıb. Bildirib ki, Mehdiyev xüsusilə seçki kampaniyası dövrlərində bu oyunlara əl atıb.
“Fəzail Ağamalı iddia edirdi ki, Ramiz Mehdiyev seçkilərdə məndən ona qarşı istifadə edir. Ancaq mən sübut etdim ki, Fəzail Ağamalı namizədliyini irəli sürmədən əvvəl mən 2001-ci ilin təkrar seçkilərində həmin dairədən deputatlığa namizədliyimi irəli sürmüşəm. Həmin illərdə Fəzail Ağamalı Yevlax rayonunun deputatı idi. 2005-ci ilin parlament seçkilərində isə Ramiz Mehdiyev Fəzail Ağamalıdan mənə qarşı istifadə etdi və mən namizədliyimi irəli sürdüyün dairədən onun namizəd kimi mübarizə aparmasına şərait yaradıldı”.
İlham İsmayılov deyib ki, digər milli qüvvələr kimi o da 2001-ci ildən sonra Ramiz Mehdiyevin qara siyahısına düşüb və keçmiş PA rəhbəri onu təqib etməyə başlayıb:
“Biznesimi sıradan çıxarmağa çalışmaqla yanaşı mənə qarşı siyasi oyunlar qurdu. O zaman dəyərli ziyalılar, ağsaqallar buna etiraz edərək Ramiz Mehdiyevdən çirkin siyasi oyunlara son qoyulmasını tələb etdilər. Əks təqdirdə ulu öndərin qəbuluna düşəcəklərini bildirdilər. Məsələnin kifayət qədər ciddi rezonans doğurduğunu görəndə Ramiz Mehdiyev bir qədər geri çəkildi. Lakin Ulu Öndər rəhmətə gedəndən sonra Ramiz Mehdiyev digər milli insanlar kimi mənə qarşı da yenidən cəbhə açdı. Ramiz Mehdiyev Cənab Prezidentin adı ilə mənim biznesimi məhv etməyə başladı. Sonradan məlum oldu ki, bunların heç birindən Cənab Prezidentin xəbəri olmayıb və Mehdiyev əlində olan imkanlardan istifadə edərək biznesimə zərbə vurub. Tək mən deyil, mənimlə yanaşı neçə-neçə iş adamları, sahibkarlar Ramiz Mehdiyevin qurbanına çevriliblər. Ramiz Mehdiyev sözün əsl mənasında ölkədə represiya siyasəti həyata keçirib, milli qüvvələri sıradan çıxarıb. Mehdiyevin ən çirkin üsulu müəyyən adamları sıradan çıxarmaq üçün onları müxalifətçi adı ilə damğalamaq idi. Bunu da əlinin altında olan media qurumları vasitəsilə həyata keçirirdi. Bir faktı da qeyd edim. Məni ləkələmək üçün universitetdən bir qrup müəllimi o vaxtlar fəaliyyətdə olan, mənim də ortaq olduğum restorana göndərib və onlar da ad günü keçirmək üçün imkanları olmadığına görə məndən dəstək istəyiblər. Ad günü çərçivəsində məni də onlarla şəkil çəkdirməyə israrla dəvət etdilər. Sonra həmin şəkillərdən Mehdiyev istifadə edərək mənim guya müxalifəti maliyyələşdirdiyimi iddia etdi. Sonradan bu işləri təşkil edən həmin şəxsi ifşa etdim və o, ölkəni tərk etməyə məcbur oldu”.
İlham İsmayılovun sözlərinə görə, Mehdiyevin kadr seçimi, təyinatı da xüsusi planla həyata keçirilirdi:
“Hansısa bir şəxsi icra hakimiyyətinin başçısı və ya başqa vəzifəyə təyin etdirmək istəyərkən həmin şəxsi YAP-a üzv qəbul etdirir, sonra dövlət tədbirlərinin birində onun çıxış etməsinə şərait yaradır, PA-da həmin şəxs barəsində müsbət rəy formalaşdırır, nəticədə məsul vəzifələrə təyin etdirirdi".
ATXƏM sədri deyib ki, müxtəlif illərdə iştirak etdiyi parlament seçkilərində də real olaraq səs yığıb, lakin keçmiş PA rəhbərinin təlimatı ilə MSK onun qələbəsini rəsmiləşdirməyib:
“Hətta mənə görə bizim yaşadığımız Salyan rayonunun Qaraçala qəsəbəsi 3 dəfə seçki dairələri üzrə dəyişdirilib. Mehdiyev nə qədər oyun oynasa da, seçkinin nəticələrinə görə, daha çox səs yığırdım. Ancaq son nəticədə Ramiz Mehdiyev MSK-ya təsir göstərərək mənim deputat seçilməyimi əngəlləyirdi. Hətta seçkilərin birində, 2002-ci ildə Salyan-Şirvan Seçki dairəsində Şirvan şəhər İcra Başçısının əli ilə belə bir oyun qurmuşdu. Mən seçkilərə bitərəf kimi qatıldığım halda, heç bir razılığım və xəbərim olmadan guya KXCP üzvləri seçkilərdə mənim namizədliyimi dəstəkləyirdilər və bununla bağlı konfrans qərarları qəbul edilirdi. Bütün bunların hamısı Ramiz Mehdiyevin tapşırığı ilə təşkil olunurdu”.
İlham İsmayılov onu da deyib ki, bu gün də Ramiz Mehdiyevin kadrları icra hakimiyyətlərində, dövlət və hökumət qurumlarında, parlamentdə, nazirliklərdə təmsil olunur və onların hamısı ifşa edilməlidir:
"Seçkilərdən birində Ramiz Mehdiyev MSK üzvlərini otağına yığıb ciddi şəkildə tapşırıb ki, İlham İsmayılov deputat seçilsə başınıza oyun açaram. Əslində Məzahir Pənahov, o vaxtkı MSK sədrinin müavini Svetlana Qasımova, YAP-dan MSK-da nümayəndə olan Hüseyn (Soyadını unutmuşam) Ramiz Mehdiyevin adamları idilər. Onların MSK-nin digər üzvlərinə təzyiqi ilə Ramiz Mehdiyevin istəmədiyi adam parlamentə düşə bilməzdi. 2001-ci ildə boş qalmış yerlərə keçirilən təkrar seçkilərdən sonra Məzahir Pənahov mənə dedi ki, bizi çox incitdin. Pənahov mənə açıq şəkildə demişdi ki, qələbə qazanmısan və qalib olduğunu elan ediləcək. Lakin sonradan Mehdiyevin işə qarışması ilə mənim qələbəm oğurlandı”.
ATXƏM sədri deyib ki. Mehdiyev AMEA prezidenti seçiləndə həmin təyinata qarşı olub:
“O zaman dedim ki. Ramiz Mehdiyev gərək o vəzifəyə getməzdi. Çünki Cənab Prezident ona böyük hörmət, izzətlə ən ali ordeni təqdim etdi. Dövlət başçısı sanki ona bir amnistiya verdi ki, bundan sonrakı həyatını yaşasın. Əgər Ramiz Mehdiyev indiyə qədər yol verdiyi səhvləri etiraf etsə və bundan səmimi peşmançılıq keçirdiyini desəydi, bəlkə də nəticə belə olmayacaqdı. Ancaq o, yenə də dövlətə, dövlətçiliyə zərbə vurmaq istiqamətində əməlini davam etdirdi. Onun şəbəkəsi Azərbaycanın müstəqilliyinə qarşı olan şəxslərdir. Həmin insanları Mehdiyev ətrafına yığmışdı. Bakı şəhərinin keçmiş İcra Hakimiyyətinin başçısı, mərhum Rafael Allahverdiyev hələ məşhur 91-lərin imza toplaması zamanı Mehdiyev həmin sənədə imza atmamışdı ki, Heydər Əliyevin vaxtı bitib və mən o müraciətə imza ata bilmərəm. Beləliklə, Bakının sabiq meri Rəfael Allahverdiyev də Ramiz Mehdiyevin qurbanı olub. Hesab edirəm ki, Ramiz Mehdiyevin yerdə qalan şəbəkəsi də ifşa olunmalı, məhv edilməlidir. Eyni zamanda Mehdiyevin represiya qurbanları da bəraət almalıdır”.
ATXƏM sədri onu da diqqətə çatdırıb ki, rəhbərlik etdiyi təşkilatın 15 sentyabr-Bakının işğaldan azad edilməsi ilə bağlı keçirdiyi tədbirlərin dövlət televiziyasında efirə getməsindən sonra Ramiz Mehdiyev bundan narahatçılıq keçirərək müşavirələrin birində buna qarşı olduğunu bildirmişdi:
“Mehdiyev bacardığı qədər bu cür milli tədbrlərə qarşı mübarizə aparırdı. Eyni zamanda bədnam Sürix protokolu gündəmə gələrkən Ramiz Mehdiyev Bakıda Türkiyə bayraqlarının yığışdırılması ilə bağlı tapşırıq vermişdi. Şəhidlər Xiyabanında Türkiyə bayrağı götürüldü. O zaman mən etiraz etdim ki, bu düzgün deyil və onlar Azərbaycan, bizim üçün şəhid olublar. Bu hörmətsizlikdir. Həmin açıqlamamdan sonra ATXƏM ofisi qarşısında olan Türkiyə bayrağını bizdən xəbərsiz götürdülər. Ancaq biz yenidən ora Türkiyə bayrağı ucaldaraq əraziyə müşahidə kameraları və mühafizəçilər yerləşdirdik. Bununla da daha bir çirkin planın qarşısı alındı. Sonradan məlum oldu ki, həmin bayrağı da ofisimiz qarşısından götürən Mehdiyevin şəbəkəsi olub. Bir sözlə Mehdiyev maksimum dərəcədə çalışırdı ki, iki qardaş ölkə arasında münasibətlər pozulsun. Mən deyərdim ki, FETÖ Türkiyə dövləti üçün nə qədər təhlükəlidirsə, Mehdiyev və şəbəkəsi də Azərbaycan üçün bir o qədər təhlükəlidir”