“Bir-iki ildir ki ali təhsil istiqamətində yüksək bal toplayan abituriyentlərin sayında artım müşahidə edirik”.
Bunu Demokrat.az-a açıqlamasında təhsil eksperti Elçin Əfəndi deyib.
O əlavə edib ki, halbuki 2019-cu ildə ilk dəfə bu əsasda qəbul imtahanları götürülməyə başlanılıb:
“Həmin dövrdə ilk dəfə keçirilməsi müəyyən çətinliklər yaratmışdı və yüksək bal toplayanların sayı çox az idi. Bu da əlbəttə ki, ixtisaslar üzrə formalaşan keçid ballarına təsir etmişdi. Hazırda artıq bu prosesə uyğunlaşıb, abituriyentlər adaptasiya olublar və nəticə etibarilə onlar yüksək bal toplayırlar ki, bu da ixtisaslar üzrə keçid ballarının artmasına səbəb olur. 2027-ci ildən etibarən xarici dil fənnində şəkilli suallar təklif olunacaq ki, bu da müəyyən qədər ballara təsir göstərə bilər. Növbəti illərdə yenə də ballarda müvafiq artım müşahidə edə biləcəyik. Bu, həm yüksək rəqabət mühiti ilə bağlıdır, həm də abituriyentlərin artıq imtahan prosesinə uyğunlaşması ilə əlaqədardır. Çünki 2019-cu ildən keçirilən ilk imtahandan 2026-cı ilə qədər həmin abituriyentlər artıq 6-7 ildir ki, bu proqramla hazırlaşırlar. Bu da onu göstərir ki, daha hazırlıqlı abituriyentlər yüksək bal toplayır və bu da ixtisasların keçid ballarının artmasına səbəb olur”.
Leyla Turan
Demokrat.az