“Bakı şəhərində taksi icazələrinin sayının 25 minlə məhdudlaşdırılması bazarda təklifin azalmasına səbəb olacaq. Əgər tələb sabit qalarsa, təklifin azalması qiymət artımına təkan verə bilər”.
Bunu Demokrat.az-a açıqlamasında iqtisadçı Azər Bayramlı deyib.
Ekspert deyib ki, xüsusilə pik saatlarda taksi tapmağı çətinləşdirəcək:
“Qiymətlərin qalxması həm sürücülərin gəlirini artıra, həm də sərnişinlərin xərclərini yüksəldə bilər. Lisenziyası olmayan sürücülərin fəaliyyəti məhdudlaşacağı üçün bazarda rəqabət bir qədər azalacaq.
Rəqabətin azalması isə xidmət qiymətlərinin sabit qalmasını çətinləşdirir. Rəsmi icazəsi olan taksilərin keyfiyyəti və təhlükəsizlik səviyyəsi arta bilər. Dövlətin məqsədi bazarı nizamlı və şəffaf idarə etməkdir. Bu addım həm də vergilərin toplanmasına müsbət təsir göstərə bilər. Ancaq qısa müddətdə bu məhdudiyyət sərnişinlər üçün bahalaşma təəssüratı yaradacaq. Sürücü sayının azalması proqram vasitəsilə sifariş gözləmə vaxtını uzada bilər. Bu da ictimai nəqliyyata olan tələbi qısamüddətli artıra bilər.
Uzunmüddətli dövrdə bazar yeni tarazlığa gələcək və qiymətlər tədricən stabilləşə bilər. Yəni ilkin mərhələdə qiymət artımı 10-20 % olacaq”.
Leyla Turan
Demokrat.az