"Pəncərədən və ya eyvandan aparılan təmir-tikinti işləri zamanı materialların avtomobillərin üzərinə düşməsi yalnız maddi ziyanla bitməyə bilər. Əgər bu materiallar insanların üzərinə düşərsə, nəticələr daha faciəli ola bilər. Buna görə hər kəs bilməlidir ki, təmir işləri yalnız şəxsi mənzilin yox, həm də ictimai təhlükəsizliyin məsələsidir".
Bunu Demokrat.az-a açıqlamasında təhlükəsizlik eksperti Orxan Musayev deyib.
O, bildirib ki, ölkəmizdə mövcud Mülki Məcəlləyə görə, hər kəs vurduğu zərərə görə məsuliyyət daşıyır və zərəri tam ödəməlidir:
"Yəni təmir zamanı daş, alət və digər materiallar başqasının mülkünə zərər vurarsa, məsuliyyət həm təmiri aparan şəxsin, həm də mənzil sahibinin üzərinə düşür. Bu səbəbdən ustalar və mənzil sahibləri işin keyfiyyətinə olduğu kimi təhlükəsizliyinə də ciddi nəzarət etməlidir".
Ekspert qeyd edib ki, pəncərələrdən və eyvanlardan material atmaq qəti qadağandır:
"Təhlükəsizlik üçün qoruyucu torlardan istifadə olunmalı, qonşular və ətrafdan keçənlər əvvəlcədən xəbərdar edilməlidir. Təmir işləri bir şəxsin evi ilə bağlı olsa da, digər insanların təhlükəsizliyini təmin etmədən aparıla bilməz".
Əfsanə Kamal
Demokrat.az