“Ölkəmizdə hər gün avtomobillərin sayı artır. Avtomobil almaq getdikcə daha əlçatan və rahat olduqca, təbii ki, ölkəmizdə istər Bakıda, istərsə də regionlarda nəqliyyat vasitələrinin sayı durmadan çoxalır”.
Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İsgəndərov bildirib.
O qeyd edib ki, müxtəlif modellərdə avtomobillərin sayının artması həm müsbət, həm də mənfi nəticələr doğurur.
“Artan avtomobil sayı ilə yanaşı, tıxacların çoxalması, yol qəzalarının artması kimi problemlər də meydana çıxır. Bu səbəbdən dövlət bu istiqamətdə vacib addımlar atır və gələcəkdə də atacaq. Yol hərəkətinin tənzimlənməsi və bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi daim zəruridir. Yeni çağırışlar və tələblər yarandıqca, qanunlar da həmin reallıqlara adekvat şəkildə cavab verməlidir. Son dövrlərdə ən çox müzakirə olunan məsələlərdən biri avtomobillərin etibarnamə ilə idarə olunmasıdır. Bu praktika illər əvvəl bir çox ölkələrdə tətbiq olunsa da, son zamanlar həmin ölkələrin əksəriyyətində artıq ləğv edilib. Azərbaycan da bu təcrübədən yararlanmışdı, lakin indi bu məsələnin yenidən gündəmə gəlməsi cəmiyyətdə geniş müzakirələr doğurur”.
Deputat əlavə edib ki, inkişaf etmiş ölkələrin təcrübəsinə baxdıqda, etibarnamə ilə idarəetmə mexanizminin əksər hallarda ləğv olunub:
“Bunun səbəbi, bu sistemin bəzi hallarda hüquqi və praktiki problemlər yaratmasıdır. Buna görə də, Azərbaycanda da bu mexanizmin ləğvi məsələsi gündəmə gəlirsə, ortaya çıxacaq problemlər öncədən nəzərə alınmalı və uyğun qaydalarla tənzimlənməlidir. Əsas məqsəd sürücülərin daha rahat və şəffaf şəkildə avtomobil idarə etməsini təmin etmək, eyni zamanda yaranacaq problemləri asan yolla həll etməkdir. Dövlətin bu məsələdə əsas vəzifəsi vətəndaş məmnunluğunu təmin etməkdir. Əgər etibarnamə ilə avtomobil idarəetmə mexanizmi ləğv olunacaqsa, bu proses dünya təcrübəsi nəzərə alınmaqla həyata keçirilməlidir. Ən optimal modellər bizim qanunvericiliyimizə və dəyərlərimizə uyğunlaşdırılaraq tətbiq olunmalıdır”.
Leyla Turan
Demokrat.az