“Rusiya Azərbaycanın regionda güclənməsini nəzərə alaraq daha ehtiyatlı siyasət yürüdəcək” — ŞƏRH

GÜNDƏM 15 oktyabr 2025, 16:59
“Rusiya–Azərbaycan münasibətləri qarşıdakı dövrdə daha praqmatik və qarşılıqlı maraqlara əsaslanan istiqamətdə inkişaf edəcək”.

Bu sözləri Demokrat.az-a açıqlamasında siyasi şərhçi Asif Nərimanlı bildirib.

Onun sözlərinə görə, son aylarda iki ölkə arasında yaranmış gərginlik azalmağa doğru gedir:

“Xüsusilə dövlət başçılarının son görüşü dialoqun bərpası baxımından mühüm addım sayılır. Moskva Cənubi Qafqazda təsirini saxlamaq istəyir, Bakı isə müstəqil siyasət kursunu qoruyur. Bu baxımdan tərəflər balanslı əməkdaşlıq modelinə üstünlük verəcək. Enerji, nəqliyyat və regional təhlükəsizlik məsələləri iki ölkəni bir-birinə bağlayan əsas istiqamətlər olaraq qalacaq.Rusiya, Azərbaycanın artan beynəlxalq nüfuzunu nəzərə alaraq münasibətləri zədələmək istəməyəcək. Azərbaycan da Rusiya ilə münasibətləri strateji sabitlik kontekstində saxlamaqda maraqlıdır.
Qarabağ münaqişəsinin bitməsi yeni mərhələdə əlaqələrin iqtisadi yönə çevrilməsini asanlaşdırır. Qərb və Rusiya arasında artan rəqabət Bakı üçün diqqətli balans siyasəti tələb edir. Azərbaycanın prioriteti milli maraqlarını qoruyaraq çoxvektorlu diplomatiyanı davam etdirmək olacaq. Rusiya isə Azərbaycanın regionda güclənməsini nəzərə alaraq daha ehtiyatlı siyasət yürüdəcək”.

Leyla Turan 
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top