Quba rayonunda 1993-cü il təvəllüdlü Əmir Babayev sevgi münasibətində olduğu qadının keçmiş həyat yoldaşı Valeh Qədirova (ad-soyad şərtidir – red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə bu ilin fevralın 26-da Quba şəhəri, Nizami Gəncəvi adına parkın ərazisində baş verib.
Ə. Bayramov həmin gün, saat 21 radələrində parkda ağaclıq ərazidə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı tanışı V. Qədirovun sifət nahiyyəsindən bir neçə dəfə yumruqla və bədəninin müxtəlif nahiyyələrinə təpiklə vurub. Onun sağlamlığının qısa müddətə pozulmasına səbəb olub.
Hadisəni törədən Ə. Bayramovun barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə ifadə verən Ə. Bayramov ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, 2024-cü ildən Leyla adlı şəxslə sevgili münasibətləri var: “Həmin il mənim Leyla ilə olan münasibətlərimdən onun keçmiş əri Valehin məlumatı olub. Bu hadisədən sonra Valehlə aramızda bir neçə dəfə söz mübahisələrimiz olub”.
Təqsirləndirilən şəxs qeyd edib ki, fevralın 26-da, təxminən saat 20 radələrində bir qədər spirtli içki qəbul etdikdən sonra Valehə zəng edib və onunla görüşərək söhbət etmək istədiyini deyib: “Təxminən saat 21 radələrində Quba şəhərində yerləşən Nizami Gəncəvi adına parkda görüşdük. Mən Valehə Leyla barəsində yalan şayələr yaydığını dedim. O, isə bilə-bilə yalan şayə yaydığını dedi. Bundan əvvəl mənim azyaşlı qızımı söydüyünü deyərək üzür istəməsini tələb etdim. Valehə etiraz edən zaman aramızda mübahisə yarandı. Mübahisə zamanı Valeh baş nahiyyəsi ilə sifət nahiyyəmdən bir dəfə vurdu. Bu vaxtı mən də onun sifətinə və bədəninin müxtəlif nahiyyələrinə yumruq, təpiklə vurdum”.
Bu cinayət işinə Quba Rayon Məhkəməsində baxılıb. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkmişlə barışıb. Zərərçəkən də ona qarşı şikayətini geri götürüb və onu bağışlayıb.
Bu səbəbdən Ə. Bayramovun barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.
Fariz Məlikli
Demokrat.az