Masazırda 36 yaşlı kişi sevgilisinə xəsarət yetirdi

KRİMİNAL 13 oktyabr 2025, 12:54
Abşeron rayonunda 1988-ci il təvəllüdlü Abbas ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı sevgi münasibətində olduğu tanışı Əsmərə (adlar şərtidir – red.) xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə ötən ilin iyunun 11-də rayonun Masazır qəsəbəsi, Cantəpə yaşayış massivində baş verib. 

Abbas həmin yerdə yerləşən fərdi yaşayış evində təmir işləri  apararkən əvvəl birgə təmir işləri ilə bağlı iş birliyində, habelə qeyri-rəsmi ər-arvad münasibətlərində olmuş tanışı Əsməri həmin ünvana çağırıb, ona həmin ünvanda apardığı təmir işləri ilə bağlı yardımçı olmasını xahiş edib. 

Əsmər isə buna etiraz edərkən aralarında şəxsi münasibətlər zəminində yaranmış narazılıq üstündə mübahisə ediblər. Mübahisə əsnasında o, zərərçəkmiş şəxsin üzərinə hücum edib, qəsdən yumruqla onun sifət, sol çiyin və qol nahiyyələrinə ardıcıl zərbələr vurub. 

Hadisəni törədən Abbasın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

İş üzrə izahat verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Əsməri 2-3 ildir tanıyır, əvvəllər münasibətləri normal olub: “Mən və Əsmər hər ikimiz ev təmiri ilə məşğul oluruq. İyunun 11-də Əsmərə zəng edərək ona Masazır qəsəbəsi, Cantəpə məhəlləsi deyilən ərazidə ev təmir etdiyimi və mənə kömək lazım olduğunu bildirdim. Onu həmin ünvana çağırdım. Bundan sonra, təxminən saat 19 radələrində Əsmər həmin ünvana çatdı. Orada olan zaman Əsmərdən mənimlə birlikdə işləməyi və işi təhvil verməyi tələb etdim. Əsmər etiraz etdikdə isə aramızda mübahisə yarandı. Həmin mübahisə zamanı Əsmər heç bir səbəb olmadan aboy kəsmək üçün istifadə olunan kiçik alətlə sol qolundan kəsərək özü-özünə xəsarət yetirdi. Bu zaman onu sakitləşdirdim. Ardınca əsəbiləşərək yumruqla onun sağ göz, sol çiyin və qol nahiyələrindən vuraraq ona xasərət yetirdim. Sonra isə Əsmər oradan getdi”. 

Bu cinayət işinə Abşeron Rayon Məhkəməsində baxılıb. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkmişlə barışıb. 

Həmçinin zərərçəkən qeyri-rəsmi münasibətdə olan kişini bağışladığını, ona qarşı şikayətini geri götürdüyünü deyib. 

Bu səbəbdən hakim təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verib. O, cinayət məsuliyyətindən azad edilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
13 oktyabr 2025, 14:12
13 oktyabr 2025, 13:09
Top