Quba rayonunda 1982-ci il təvəllüdlü Elmin Səfərov ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Aytənə (ad-soyad şərtidir – red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə bu ilin martın 13-də rayonun kəndlərindən birində baş verib. E. Səfərov həmin gün saat 18 radələrində yaşadığları evdə həyat yoldaşı ilə mübahisə edib. O, aralarında şəxsi münasibətləri zəminində yaranmış mübahisə zamanı yumruq və şillə ilə arvadını baş, bədən nahiyəsindən vurub. Onun sağlamlığının qısa müddətə pozulmasına səbəb olub.
Hadisəni törədən E. Səfərovun barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə ifadə verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, 2008-ci ildən zərərçəkmiş şəxs ilə rəsmi evlidir və 3 övladları var: “Martın 13-də, saat 18 radələrində yaşadığım evdə oğlum Əzizə alətlər olan çantanı gətirməsini dedim. Vint açanın çantada olmadığından, Əziz vintaçanı otaqda dolabdan gətirərək mənə verdi. Bu zaman oğluma acıqlandım. Yoldaşım müdaxilə edərək məni tənqid etdi. Bundan əsəbləşərək Aytənin baş və bədən nahiyyəsindən şillə, yumruqla vurdum”.
Bu cinayət işinə Quba Rayon Məhkəməsində baxılıb. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkmişlə barışıb, ondan üzrə istəyib.
Bu səbəbdən də zərərçəkən ərini bağışlayıb, ona qarşı şikayətini geri götürüb. Bu halları nəzərə alan hakim təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verib. O, cinayət məsuliyyətindən azad edilib.
Fariz Məlikli
Demokrat.az