Qubada 39 yaşlı kişi həyat yoldaşına şiddət göstərdi — TƏFƏRRÜAT

KRİMİNAL 16 oktyabr 2025, 14:51
Quba rayonunda 1986-cı il təvəllüdlü Ramin Şükürov ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Aynurəyə (ad-soyad şərtidir – red.) xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə bu ilin mayın 28-də rayonun Aleksyevka kəndində baş verib. 

R. Şükürov həmin gün saat 23 radələrində  yaşadıqları evdə həyat yoldaşı ilə mübahisə edib. 

Bu zaman o, aralarında şəxsi münasibətləri zəminində yaranmış mübahisə zamanı şillə ilə arvadının baş nahiyəsindən və saçından tutaraq başını qapıya vurub. 

Hadisəni törədən R. Şükürovun barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

İş üzrə ifadə verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, hadisə günü kənd ərazisində spirtli içki qəbul edib və yaşadığı evə gəlib: “Sərxoş vəziyyətdə evə gəldiyimə görə həyat yoldaşım ilə aramızda mübahisə yarandı. Nəticədə səbləşərək onun baş nahiyyəsindən şillə ilə bir neçə dəfə vurdum və sacından tutaraq qapıya tərəf itələdim. Mübahisə zamanı yanımızda kimsə olmayıb”.

İş üzrə zərərçəkmiş A. Şükürovanın sözlərinə görə, hadisə günü saat 23 radələrində həyat yoldaşı Ramin sərxoş vəziyyətdə yaşadıqları evə gəlib və onunla müxtəlif bəhanələr gətirərək mübahisə etməyə başlayıb: “Mübahisə zamanı Ramin məni söyərək təhqir etdi və şillə ilə başımdan bir neçə dəfə vurdu, saçımdan tutaraq başımı evin qapısına vurdu. Mən qorxaraq yaşadığımız evdə gizləndim”. 

Bu cinayət işinə Quba Rayon Məhkəməsində baxılıb. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkmişlə barışıb, ondan üzrə istəyib. 

Bu səbəbdən də zərərçəkən ərini bağışlayıb, ona qarşı şikayətini geri götürüb. Bu halları nəzərə alan hakim təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verib. O, cinayət məsuliyyətindən azad edilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top