Azərbaycan hərbçiləri Qəzzaya göndərilir? — AÇIQLAMA

HƏRBİ 16 oktyabr 2025, 18:41
"Bir sıra müsəlman ölkələri var ki, İsrail həmin ölkələrdən hərbi kontingentin Qəzzaya göndərilməsinə razı olmaya bilər. Amma Azərbaycan İsraillə yaxın münasibətləri olan, İslam dünyasında nüfuzlu bir ölkə kimi Qəzzaya sülhməramlı qüvvələr göndərsə, bu daha uyğun olar".

Bunu Demokrat.az-a Ədalət, Hüquq, Demokratiya Partiyası İdarə Heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu deyib.

O bildirib ki, hazırda İsrail və Fələstinlə, digər İslam ölkələri ilə normal münasibətləri olan yeganə ölkə Azərbaycandır:

"Ona görə də Azərbaycanın Qəzzaya sülhməramlı qüvvələr göndərməsi İsrail tərəfindən də müsbət qarşılana bilər. Eyni zamanda Pakistan və İndoneziya da məqbul variantlardan biridir. Bu 3 ölkənin Qəzza zolağında sülhməramlılarla təmsil olunması uğurlu variant hesab oluna bilər. 

Hələki konkret bir nəticə yoxdur, ehtimallar var".

Cavidan Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top