Əməkdar artist Rəşad Bəxtiyarov vəfat edib

İNCƏSƏNƏT 16 oktyabr 2025, 10:57
Azərbaycanın Əməkdar artisti Rəşad Bəxtiyarov vəfat edib.

Demokrat.az xəbər verir ki, bu barədə aktyorun sənət dostları sosial mediada məlumat yayıb.

Aktyor bir müddətdir ağır xəstəlikdən əziyyət çəkirdi.

Xatırladaq ki, R.Bəxtiyarov 1978-ci il dekabrın 25-də Bakıda anadan olub.

O, "Həqiqət işığında"(Mirzəyev) və "Bəyaz həyat" (Sonanın oğlu) telefilmlərində çəkilib.

R.Bəxtiyarov dörd dəfə Prezident mükafatına layiq görülüb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top