Qatara görə işə gecikirsinizsə, arayış ala bilərsiniz

GÜNDƏM 16 oktyabr 2025, 12:37

Əgər vətəndaş qatarın gecikməsi səbəbindən işə gecikibsə, bu zaman vağzal növbətçisinə yaxınlaşaraq iş yerinə təqdim etmək üçün arayış əldə edə bilər.

Demokrat.az xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-dən bildirilib.

Qeyd edilib ki, bu qayda ADY-də həmişə olub. Texniki nasazlıq, hava şəraiti və eləcə də fövqəladə vəziyyətlər zamanı gecikmələr baş verə bilər. Bu halda qurumdan arayış almaq mümkündür.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top