Son zamanlar şəhərdə küçə itlərinin sayının artması valideynləri həm də virus və bakyeriyalar təhlükəsinə görə narahat edir.
Bu barədə tanınmış pediatr Günay Rəsulova Demokrat.az-a açıqlama verib.
O bildirib ki, küçə heyvanları ilə təmas zamanı uşağa müxtəlif mikroblar və infeksiyalar keçə bilər:
"Bu, ilk növbədə diqqət yetirilməli məsələlərdəndir. Küçədə gördüyünüz heyvana uşağın toxunmasına imkan verməyin. Əgər uşaq bir neçə dəqiqə belə toxunarsa, dərhal əllərinin yuyulması vacibdir. Çünki heyvanın ağzında, burnunda və ya bədənində yaralar, epitel zədələri ola bilər. Onların çox vaxt peyvəndləri yoxdur, gigiyenik baxımdan təmiz sayılmırlar və bu, uşağa infeksiya keçmə riskini artırır".
Pediatr deyib ki, bundam əlavə, küçə heyvanları uşağı cıra, dişləyə və ya qorxuda bilərlər:
"Bu da müəyyən təhlükə yaradır. Əgər tetanus peyvəndi tam olmayan uşağı küçə heyvanı cırsa və ya dişləsə, mütləq şəkildə tetanus əleyhinə peyvənd, lazım gələrsə isə quduzluq əleyhinə vaksin vurulmalıdır".
Əfsanə Kamal
Demokrat.az