Kartdan-karta pul köçürəndə vergi tutulucaq? — AÇIQLAMA

GÜNDƏM 16 oktyabr 2025, 14:44
“Bank kartlarından edilən pul köçürmələri son illərdə kütləvi hal alıb və bu, nağdsız ödənişlərin artmasına səbəb olub. Əslində, fiziki şəxslər arasında gündəlik, şəxsi məqsədlərlə edilən pul köçürmələri vergi öhdəliyi yaratmır”. 

Bu sözləri bank məsələləri üzrə ekspert Elvin Səmədov Demokrat.az-a açıqlamasında deyib.

Ekspert deyib ki, köçürmələr mütəmadi xarakter daşıyırsa və gəlir göstəricisi kimi qiymətləndirilə bilərsə, bu zaman vergi orqanları məsələni araşdıra bilər:

“Məsələn, sahibkarlıq fəaliyyəti ilə məşğul olub, lakin rəsmi qeydiyyatdan keçməyən şəxslərin kart hesabına gələn vəsaitlər gizli gəlir kimi dəyərləndirilir. Bu halda həmin məbləğlərə gəlir vergisi tətbiq oluna bilər. Banklar müvafiq əməliyyatlar barədə məlumatları Vergilər Xidmətinə təqdim edə bilər. İri məbləğli və tez-tez təkrarlanan köçürmələr riskli sayılır və nəzarətə düşə bilər. Bu, həm fiziki şəxslərə, həm də fərdi sahibkarlara aiddir. Əgər köçürmələr ailə üzvləri arasında və ya şəxsi məqsədlərlə edilirsə, narahatlığa əsas yoxdur. Lakin ticari fəaliyyət məqsədilə aparılan ödənişlər rəsmi qeydiyyatdan keçirilməlidir. Əks halda, vergi və ya maliyyə cəriməsi tətbiq edilə bilər. Elektron ödənişlərin şəffaflığı həm istifadəçi, həm də dövlət üçün vacibdir”.

Leyla Turan 
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top