Maraqlı

Kimlərə qoz yemək olmaz?

Kimlərə qoz yemək olmaz?

Qoz, insan orqanizmi üçün ən zəngin və faydalı quru meyvələrdən biridir. Tərkibindəki yüksək miqdarda omeqa-3 yağ turşuları, antioksidantlar, E vitamini, melatonin, maqnezium və lif sayəsində başdan-ayağa sağlamlığımızı qoruyur. Amma qoz bəzi insanlara və müəyyən sağlamlıq problemləri olan şəxslərə zərərli ola bilər və ya həkim nəzarəti altında məhdud miqdarda istehlak edilməlidir.

Kimlərə qoz yemək məsləhət görülmür və ya ehtiyatlı olmalıdırlar?

• Allergiyası olanlar: Qoz allergiyası olan şəxslərdə anafilaksiya, boğaz və dil şişməsi, dəri səpgiləri və nəfəsdarlıq yarada bilər.

• Mədə-bağırsaq xəstəliyi olanlar: Mədə xorası, qastrit və pankreatit (mədəaltı vəzi xəstəliyi) olanlara qoz yemək əks göstərişdir və ya ciddi şəkildə məhdudlaşdırılmalıdır.

• Atipik diatez və dermatitdən əziyyət çəkənlər: Həssas dərisi olanlarda qoz allergik reaksiyalara və səpgilərə səbəb ola bilər.

• Bronxial astması olanlar: Orqanizmi həssas olan astma xəstələrində çox qoz qəbulu astma tutmalarına yol aça bilər.
• Piylənmə və artıq çəkisi olanlar: Qoz çox yüksək kalorili qida olduğundan, normadan artıq qəbulu çəki artımına səbəb olur.

• Böyrək daşı xəstəliyi olanlar: Qozun tərkibində oxsalatlar olduğuna görə böyrək daşı riski olanlar ehtiyatlı olmalıdır.

• Ağır əməliyyat keçirənlər: Postoperativ dövrdə və ya həzm sisteminin həssas olduğu mərhələlərdə qoz tövsiyə edilmir.

NE
Nihadə Eyyubova