Hadisə

Naxçıvanda zəncirvari qəza olub, xəsarət alanlar var

Naxçıvanda zəncirvari qəza olub, xəsarət alanlar var

Naxçıvanda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən zəncirvari qəza olub.

Hadisə şəhərin Topçubaşov küçəsində baş verib.

Belə ki, "Hyundai", "Audi" və 2 "KİA" markalı avtomobilin toqquşması ilə baş verən qəzada 5 nəfər xəsarət alıb.

Xəsarət alanlar – 2001-ci il təvəllüdlü Aysel Zeynalova, 1961-ci il təvəllüdlü Gülyanaq Hacıyeva, 1983-cü il təvəllüdlü Zənibə Seyidova, 2008-ci il təvəllüdlü Sadiq Həsənzadə və 2008-ci il təvəllüdlü Ülvi Quliyev Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdiriliblər.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.

NE
Nihadə Eyyubova