Region Özəl

"Akasya Durağı"nın Osman Ağası Cezmi Baskının son görünüşü maraq doğurdu - FOTOLAR

Akasya Durağının Osman Ağası Cezmi Baskının son görünüşü maraq doğurdu - FOTOLAR

Bir vaxtlar Türkiyə televiziya ekranlarında böyük maraqla izlənilən "Akasya Durağı" serialında Osman Ağa obrazını canlandıran tanınmış aktyor Cezmi Baskın yenidən gündəmə gəlib. Aktyorun illər ərzində dəyişən görünüşü tamaşaçıların diqqətini çəkib.

2008–2012-ci illərdə yayımlanan "Akasya Durağı" serialı taksi dayanacağında çalışan sürücülərin və onların ailələrinin başına gələn maraqlı və əyləncəli hadisələrdən bəhs edirdi. Zeki Alasya, Levent Ülgen və Cezmi Baskın kimi tanınmış aktyorların rol aldığı ekran işi özünəməxsus obrazları və yumoristik səhnələri ilə tamaşaçıların yaddaşında iz qoyub.

Serialın ən sevilən personajlarından biri isə Cezmi Baskının canlandırdığı Osman Ağa olub. Trakya ləhcəsi, pəhləvanlıq hekayələri və Sinanla yaşadığı məzəli mübahisələrlə yadda qalan obraz uzun müddət tamaşaçıların marağına səbəb olub.

Türkiyə teatr, televiziya və kino sahəsində uzun illərdir fəaliyyət göstərən Cezmi Baskın karyerası ərzində müxtəlif obrazları canlandırıb. Bununla belə, tamaşaçıların böyük bir qismi onu məhz Osman Ağa obrazı ilə xatırlayır.

Serialın ilk yayımlandığı vaxtdan illər keçməsi aktyorun əvvəlki görüntüləri ilə indiki görünüşünün müqayisəsinə də marağı artırıb. Cezmi Baskının adı və canlandırdığı unudulmaz obraz bu gün də serialın pərəstişkarları tərəfindən xatırlanır.

Akasya Durağının Osman Ağası Cezmi Baskının son görünüşü maraq doğurdu - FOTOLAR

Akasya Durağının Osman Ağası Cezmi Baskının son görünüşü maraq doğurdu - FOTOLAR

NE
Nihadə Eyyubova