Maraqlı Özəl

Hamı onları sakit tanıyır: Qəzəblənəndə tamamilə dəyişən 3 bürc

Hamı onları sakit tanıyır: Qəzəblənəndə tamamilə dəyişən 3 bürc

Astrologiyaya görə, bəzi insanlar qəzəblərini dərhal büruzə versələr də, bəziləri hisslərini uzun müddət daxilində saxlayır. Sakit, səbirli və anlayışlı görünən bu insanlar səbrlərinin son həddinə çatdıqda isə tamamilə fərqli davranış sərgiləyə bilirlər. Astroloji şərhlərdə Buğa, Tərəzi və Balıq bürcləri bu xüsusiyyətləri ilə seçilir.

Buğa – Qəzəbini uzun müddət daxilində saxlayır

Buğa bürcü nümayəndələri adətən səbirli və təmkinli davranışları ilə tanınırlar. Lakin astroloji şərhlərə görə, onlar yaşadıqları inciklikləri asanlıqla unutmur, narazılıqlarını uzun müddət daxilində toplayırlar.

Astroloq Jaime Wrightın fikrincə, Buğanın qəzəbi vulkanın püskürməsinə bənzəyir. O, uzun müddət səssiz qalmağa çalışsa da, səbrini tükədən son hadisədən sonra gözlənilməz reaksiya verə bilər. Həmin vaxta qədər isə soyuq və məsafəli davranaraq qarşı tərəflə arasına sərhəd qoymağa üstünlük verir.

Tərəzi – Haqsızlıq qarşısında səbrini itirə bilər

Tarazlığı və münasibətlərdə harmoniyanı sevən Tərəzi bürcü mübahisələrdən qaçmağa, gərginliyi azaltmağa çalışır. Buna görə də çox vaxt öz narazılığını açıq şəkildə ifadə etmir və qarşı tərəfə güzəştə gedir.

Astroloq Jaime Wright hesab edir ki, Tərəzi bürcü qəzəblənməzdən əvvəl dərin kədər və məyusluq yaşaya bilər. Ancaq kobudluq və haqsızlıqla qarşılaşdıqda, gözlənilməz şəkildə sərt reaksiya göstərə bilər. Maraqlıdır ki, belə hallardan sonra qarşısındakı insanı incitdiyini düşünərək özü də peşmanlıq və narahatlıq keçirə bilər.

Balıq – Hamını düşünür, öz hisslərini isə unudur

Empatiya qabiliyyəti ilə seçilən Balıq bürcü ətrafındakı insanların hisslərinə həssas yanaşması ilə tanınır. Başqalarını məmnun etmək və münaqişələrdən uzaq durmaq istəyi bəzən onun öz duyğularını arxa plana keçirməsinə səbəb olur.

Jaime Wrightın şərhinə görə, Balıq bürcü mübahisə zamanı həm öz emosiyalarının, həm də qarşı tərəfin hisslərinin təsiri altında qala bilər. Uzun müddət anlayış göstərən və güzəştə gedən Balıq səbrinin son həddinə çatdıqda, adət edilmiş sakit davranışından uzaqlaşa bilər.

Astroloji yanaşmada Balığın əsas çətinliyi özünü ifadə etməklə başqalarını xoşbəxt saxlamaq arasında tarazlıq yaratmaqdır. Daxilində topladığı gərginlik isə bəzən yalnız dözümünün tükəndiyi zaman üzə çıxır.

NE
Nihadə Eyyubova