Nazir: Ramiz Quliyev ifaçılıq sənəti, pedaqoji fəaliyyəti və insani keyfiyyətləri ilə nümunə idi

GÜNDƏM 16 oktyabr 2025, 12:17
Ramiz Quliyev ifaçılıq sənəti, pedaqoji fəaliyyəti və insani keyfiyyətləri ilə nümunə idi.

"Report" xəbər verir ki, bunu mədəniyyət naziri Adil Kərimli Xalq artisti ilə vida mərasimində deyib.

Nazir Xalq artistinin mədəni irsinin zəngin olduğunu bildirib:

"Onun Azərbaycan musiqisinin, mədəniyyətinin dünyada tanıdılması və sevilməsində xidmətləri əvəzsizdir".

A.Kərimli Ramiz Quliyevin yetişdirdiyi tələbələrin onun mədəni irsini yaşadacağına da inamını ifadə edib:

"O, ustad sənətkar, pedaqoq dedikdə ilk ağla gələn şəxslərdən idi. Əminəm ki, bundan sonra da belə olacaq, məhz bu şəkildə xatırlanacaq".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
16 oktyabr 2025, 14:24
Top