“AFB BANK” tender elan edir

MALİYYƏ 16 oktyabr 2025, 14:24
“AFB BANK” Açıq Səhmdar Cəmiyyəti tender elan edir.

Tenderin adı: “AFB BANK”ASC tərəfindən  “Palo Alto Networks Enterprise Firewall” avadanlıqlarının satın alınması
Tenderin elan tarixi: 16.10.2025
İştirak üçün sənəd qəbulunun son tarixi: 27.10.2025
Tender təkliflərinin son qəbul tarixi : 04.11.2025

Tenderdə iştirak üçün təqdim ediləcək sənədlər:

•    tenderdə iştirak etmək üçün yazılı müraciət (ərizə)
•    tender təklifi (tender zərflərinin açıldığı tarixdən (04 noyabr 2025-ci il) sonra azı 30 (otuz) iş günü qüvvədə olmalıdır
•    İddiaçının tam adı, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və bank rekvizitləri;
•    iddiaçının Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin olmaması haqqında müvafiq vergi orqanından arayış
•    iddiaçının son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti haqqında bank arayışı
Tender təkliflərinin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:    
•    MAF sənədi 
•    Sahə üzrə mütəxəssislərin sertifikatları
•    Eyni və ya oxşar avadanlıqların quraşdırılması və xidməti  haqqında təcrübəni təsdiq edən sənəd
•    Yeni avadanlıqların quraşdırılması və  konfiqurasiyası edilməsi, mövcud firewalllardan Fortigate 501F-ə miqrasiya edilməsi

Tenderdə iştirak etmək istəyən  şirkətlər iştirak ərizəsini tələb edilən sənədlər ilə birlikdə qapalı zərfdə 27.10.2025-ci il -tarixinə kimi, qiymət təkliflərini isə 04.11.2025-ci il tarixinə kimi poçt vasitəsilə  (Bakı şəh.,Yasamal r-nu, N.Nərimanov pr.206/466 ) ünvanına  göndərməlidir. Tenderdə iştirakı təsdiq edilən şirkətlərə 28.11.2025-ci il tarixində əsas şərtlər toplusu və digər məlumatlar göndəriləcək. Yaranacaq suallarla bağlı  e-mail  vasitəsi ilə ( [email protected]  ) müraciət edə və yaxud Vüsal Mehdiyev (050 290 10 66 )  ilə əlaqə saxlaya bilərsiniz.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top