Azərbaycanda təqaüdlər çox aşağıdır, artırılmalıdır — AÇIQLAMA

GÜNDƏM 16 oktyabr 2025, 16:00
"Təqaüd yaşının artırılıb azaldılması bizdə daim müzakirə edilir. Bu, kökündən yalnışdır".

Bunu Demokrat.az-a açıqlamasında "REAL" partiyasının sədri, iqtisadçı Natiq Cəfərli deyib. O bildirib ki, təqaüd yaşı Azərbaycanda üçüncü dərəcəli məsələdir:

"Əsas məsələ bizdə təqaüdlərin aşağı olmasıdır. 900 minə yaxın şəxs minimum təqaüdə yaxın vəsait alır. Budur problem. Birinci növbədə təqaüdlərin artırılması haqqında düşünüb, normal sistem yaratmalıyıq ki, insanlar yaxşı təqaüd alsın. Bundan sonra pensiya yaşını müzakirə etmək olar".

Cavidan Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top