Bakıda Azərbaycan, Rusiya və İran rəsmiləri arasında keçirlən üçtərəfli görüş çəçivəsində kommünike qəbul olunub.
Bu barədə Demokrat.az-a açıqlamasında "REAL" partiyasının sədri, iqtisadçı Natiq Cəfərli deyib ki, bu görüşün əsas məqsədi Cənub-Şimal nəqliyyat dəhlizi ilə bağlı infrastrukturun qurulması ilə əlaqəlidir:
“Bu çərçivədə əsas müzakirə mövzularından biri Rəşt–Astara yolunun tikintisidir. Bununla yanaşı həm dəmir yolu, həm də avtomobil yolunun Cənub-Şimal dəhlizi üzrə yəni Fars körfəzindən Baltik dənizinə qədər uzanan hissəsi üzrə inkişafıdır. Bu, qlobal əhəmiyyət daşıyan bir layihədir. Təbii ki, görüşdə cari məsələlər də müzakirə olunub. Bunlardan biri gömrük prosedurlarının sadələşdirilməsi və mal dövriyyəsinin artırılması məqsədilə prosedur müddətlərinin azaldılmasıdır. Yəqin ki, yaxın zamanlarda bu istiqamətdə konkret addımların atıldığını görəcəyik”.
Leyla Turan
Demokrat.az