Bakıda güllələnən hər iki şəxsin SON VƏZİYYƏTİ AÇIQLANDI

GÜNDƏM 16 oktyabr 2025, 11:41
Bakıda güllələnən şəxslərin vəziyyəti açıqlanıb.

 TƏBİB-dən Lent.az-a verilən məlumata görə, 16.10.2025-ci il tarixində saat 07:00 radələrində xəsarət alması səbəbi ilə 1995-ci il təvəllüdlü iki nəfər (kişi) Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə hospitalizasiya olunub.

Onlardan birinə sol budun sınığı, digərinə isə sol budun kəsilmiş-deşilmiş yarası diaqnozu təyin edilib.

Hazırda pasiyentlərin müalicəsi tibb müəssisəsinin Travmatologiya şöbəsində davam etdirilir.

Onlardan birinin vəziyyəti stabil, digərinin vəziyyəti isə orta ağır olaraq qiymətləndirilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
16 oktyabr 2025, 14:24
Top