“Türkman marşı” yeni versiyada təqdim edildi — VİDEO

İNCƏSƏNƏT 13 avqust 2025, 15:10
“Türkman marşı” yeni versiyada təqdim edilib.

Bu barədə Demokrat.az-a Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyindən məlumat verilib.

Bildirilib ki, yeni versiya “Vətənpərvərlik mövzusunda yeni musiqi əsərinin hazırlanması” layihəsi çərçivəsində təqdim olunub.

İctimai Birliyin sədri Şəmistan Əlizamanlı qeyd edib ki, musiqi əsərinin sözləri tanınmış kərküklü şair Sabah Karaaltına məxsusdur.

Yaxın vaxtlarda Kərkükdə sözügedən marşa klip çəkilməsi planlaşdırılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top