Castin Biberin 1 yaşlı oğlu milyarder oldu

DÜNYA 16 oktyabr 2025, 22:30
Məşhur kanadalı müğənni Castin Biberin həyat yoldaşı, model Heyli Biber kosmetika brendi "Rhodeun" satışından əldə olunan 1 milyard dollar məbləğindəki gəliri bir yaşlı oğlu Cek Blyuz üçün saxlayacaq.

Axşam.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" məlumat yayıb.

Model bu qərarını böyük məbləğdə vəsaitə ilk dəfə sahib olması və ona məsuliyyətlə yanaşmaq istəyilə əsaslandırıb. O, vəsaitin düzgün idarə olunması üçün düşünülmüş investisiya strategiyası hazırladığını da bildirib.

Qeyd edək ki, Castin və Xeyli Biber cütlüyü ilk dəfə 2024-cü ilin avqustunda valideyn olublar. Onlar oğullarına Cek Blyuz Biber adını veriblər.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top