Orban Putin-Tramp görüşü barədə: Biz hazırıq!

DÜNYA 16 oktyabr 2025, 23:36
Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında yeni görüşün keçirilməsinə dair razılaşma sülhün möhkəmləndirilməsi üçün gözəl imkan yaradır.

"Report"un xəbərinə görə, bunu Macarıstanın Baş naziri Viktor Orban Rusiya və ABŞ liderləri arasında növbəti görüşün tezliklə Budapeştdə baş tutacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən deyib.

"ABŞ və Rusiya prezidentləri arasında planlaşdırılan görüş bütün sülh tərəfdarları üçün əla xəbərdir. Biz hazırıq!" Baş nazir "X" hesabında yazıb.

Onun siyasi müşaviri Balaj Orban hesab edir ki, Budapeştdə keçiriləcək görüşü "Sülh Missiyası 2.0" adlandırmaq olar.

"2024-cü ilin iyulunda Macarıstanın baş naziri Rusiya-Ukrayna münaqişəsini həll etmək üçün sülh missiyası ilə Kiyev, Moskva, Pekinə və ABŞ-yə səfər etdi. İndi, Donald Tramp Ukraynadakı müharibəyə son qoymaq üçün Budapeştdə Vladimir Putinlə görüşəcəyini açıqladı".

Qeyd edək ki, ABŞ və Rusiya prezidentləri Macarıstanda görüşəcəklər.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top