Özbəkistan prezidentinin qızına Oksford Universitetinin mükafatı verilib

DÜNYA 17 oktyabr 2025, 14:22
Özbəkistan Prezidentinin qızı Saida Mirziyoyeva Böyük Britaniyada Oksford Universitetinin mükafatına layiq görülüb.

Demokrat.az xəbər verir ki, bu barədə "gazeta.uz" yazıb.

Oksford Universiteti bu mükafata ona qadınların təhsil imkanlarının genişləndirilməsinə töhfəsini, məişət zorakılığının cinayət hesab olunması uğrunda mübarizəsini və nümunəvi liderlik vasitəsilə qadınları ruhlandırmaq, onların hüquq və imkanlarını genişləndirmək missiyasını nəzərə alaraq verib.

Saida Mirziyoyeva bildirib ki, layiq görüldüyü mükafat Prezident Şavkat Mirziyoyevin rəhbərliyi ilə ölkənin qadın hüquqlarının müdafiəsi sahəsində qazandığı nailiyyətləri əks etdirir. O, həmçinin Oksfordda özbək dilinin öyrənilməsi üzrə proqramın işə salınacağını bildirib.

Materialda xatırladılır ki, Böyük Britaniya NATO-nun üzvü, Özbəkistan isə MDB iştirakçısıdır, habelə Avrasiya İqtisadi Birliyində müşahidəçi statusundadır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top