COP29 Sədrliyi Braziliyanın paytaxtı Braziliya şəhərində keçirilən Pre-COP iclasında iştirakını tamamlayıb. Bu iclas COP30-un Belem şəhərində keçiriləcək əsas danışıqlardan əvvəl son mərhələ hesab olunur.
Demokrat.az xəbər verir ki, bu barədə məlumat COP29-un “X” sosial şəbəkəsindəki rəsmi səhifəsində yer alıb.
Bildirilib ki, sammit zamanı COP29 komandasının nümayəndələri bütün tərəflərə iqlim maliyyələşdirməsi üzrə verdikləri öhdəlikləri yerinə yetirməyə çağırış edib, eyni zamanda Braziliyanın “icra COP-u” viziyasına nail olmaq üçün kollektiv səylərin vacibliyini vurğulayıb.
Xüsusilə, Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi, COP29-un Prezidenti Muxtar Babayev və Azərbaycanın xarici işlər nazirinin müavini, COP29-un baş danışıqçısı Yalçın Rəfiyev bütün tərəfləri adaptasiya sahəsində irəliləyiş əldə etməyə və Bakı Adaptasiya Yol Xəritəsinin icrasına fokuslanmağa çağırıb. Yol Xəritəsi qlobal adaptasiya məqsədinə nail olunmasında faydalı vasitə kimi qiymətləndirilir və tərəflərin mövcud momentumunu qoruyub saxlamağa kömək edəcək”, - deyə məlumatda qeyd olunub.