Bu gün BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası (UNFCCC) çərçivəsində aparılan beynəlxalq iqlim danışıqlarında iştirak edən qrupların və seçilmiş Tərəflərin nümayəndə heyətlərinin rəhbərləri Şamaxıda ikinci dəfə təşkil olunan İqlim Görüşündə (Climate Retreat) bir araya gəliblər. Ölkəmizdə keçirilən bu görüş COP29 və ilk Qlobal Qiymətləndirmə İcmalının (Global Stocktake- GST) nəticələrinə əsaslanaraq COP30-a doğru əməkdaşlığı və etimadı gücləndirmək üçün mühüm platformadır.
Demokrat.az xəbər verir ki, bu barədə təbirin açılışında çıxış edən Azərbaycan Respublikası Prezidentinin İqlim məsələləri üzrə nümayəndəsi, COP29-un sədri Muxtar Babayev bildirib.
“Ötən il bu vaxt Bakıda keçiriləcək COP29-a hazırlıq üçün intensiv şəkildə çalışırdıq. Bu gün isə təkcə görülən işlərə nəzər salmaq üçün deyil, həm də COP29-dan qaynaqlanan nəticələr üzərində müzakirələr aparmaq və diqqətimizi COP30-a: Braziliyanın Belem şəhərinə yönəltmək üçün toplaşmışıq”, – deyə M. Babayev qeyd edib.
Muxtar Babayev bildirib ki, COP29 böyük geosiyasi qeyri-müəyyənlik, iqtisadi təzyiqlər, iqlim fəlakətləri və çoxtərəfliliyə qarşı artan inamsızlıq şəraitində baş tutsa da, beynəlxalq ictimaiyyət bu çağırışlara birlikdə cavab verib. Belə ki, Bakıda iqlim maliyyələşdirilməsi üzrə Yeni Kollektiv Kəmiyyət Məqsədi (NCQG) qəbul edilib və Bakı Maliyyə Məqsədi elan olunub. Bu təşəbbüs 2035-ci ilə qədər inkişaf etməkdə olan ölkələr üçün hər il ən azı 300 milyard Amerika Birləşmiş Ştatları (ABŞ) dollarının səfərbər olunması öhdəliyini nəzərdə tutur. Eyni zamanda, COP29 zamanı Tərəflər Azərbaycanın və Braziliyanın COP Sədrliyinə “Bakıdan Belemə Yol Xəritəsi”ni hazırlamaq və 2035-ci ilə qədər illik 1,3 trilyon ABŞ dolları maliyyə hədəfinə nail olunması istiqamətində yol xəritəsi müəyyən etmək tapşırığını veriblər. “Bakıda əldə etdiklərimiz yekun deyil, bu, yeni bir başlanğıcdır. Şamaxı bizə düşünmək, enerji toplamaq və qarşıdakı mərhələyə fokuslanmaq üçün imkan verir. İndi əsas məqsəd həyata keçirmə dövrünü reallığa çevirməkdir”, – deyə COP29 sədri bildirib.
COP29 Sədrliyinin qarşıdakı dövr üçün üç əsas prioriteti müəyyənləşdirdiyini diqqətə çatdıran Muxtar Babayev deyib: “Birincisi, Braziliya Sədrliyini dəstəkləməyə davam etməliyik. Elə bir COP-un formalaşdırılmasında ki, bu, iddialı, inklüziv və nəticəyönümlü olsun. COP29 Sədrliyi olaraq biz maliyyədən tutmuş milli müəyyən edilmiş töhfələrə (NDC-lər), dayanıqlılıqdan şəffaflığa qədər bütün əsas istiqamətlər üzrə fəal iştirakımızı davam etdiririk. İkincisi, Bakıdan Belemə Yol Xəritəsinin əsas müdafiəçiləri kimi çıxış etməyə davam edirik. Məqsədimiz COP30 Sədrliyi və digər maraqlı tərəflərlə tam əməkdaşlıq çərçivəsində 1,3 trilyon dollar hədəfinə aparan aydın və praktiki bir yol təqdim etməkdir. Üçüncüsü, özümüzə qarşı hesabatlı olmalıyıq. Bakıda adaptasiya, çoxtərəfli fondlar və zərər-itkilər üzrə verilmiş öhdəliklər unudulmamalıdır. Bu prosesin etibarlılığı bundan asılıdır. Şamaxı təkcə gözəl bir yer deyil, həm də diplomatiyaya, etimada və əməkdaşlığa əsaslanan çoxtərəfliliyin hələ də işlədiyinə olan ortaq inamımızın simvoludur”.
Muxtar Babayev COP29-un baş danışıqçısı Yalçın Rəfiyevə və UNFCCC Katibliyinə göstərdikləri davamlı dəstəyə görə təşəkkür edib. O, vurğulayıb ki, Bonn və Sevilya şəhərlərində keçirilmiş son görüşlər bu cür açıq fikir mübadilələrinin etimadı gücləndirdiyini və kollektiv irəliləyişə töhfə verdiyini bir daha nümayiş etdirib.
“COP29-un Sədrliyi olaraq bizim rolumuz ardıcıllıq və hesabatlılıqdır. Biz bir sıra öhdəliklərə sadiq qalırıq. Bunlara donorların verdikləri vədlərə, o cümlədən adaptasiya, UNFCCC fondları və iqlimə həssas ölkələrə dair öhdəliklərinə əməl etmələrini izləmək; Braziliyanı uğurlu bir COP30 təşkil etməkdə dəstəkləmək və Bakı prosesinin nəticələrini güclü Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələrə (NDC) çevirmək və siyasi liderliyi ruhlandırmaq daxildir”, - deyə Muxtar Babayev çıxışını yekunlaşdırıb.