Ramiz Mehdiyevin gəlini iddialarla bağlı DANIŞDI

GÜNDƏM 22 oktyabr 2025, 14:05
Ramiz Mehdiyevin Azərbaycan Tibb Universitetinin (ATU) Onkologiya Klinikasında müalicə işləri üzrə direktor müavini və II cərrahiyyə şöbəsinin müdiri, bölmə rəhbəri olan gəlini Nigar Mehdiyevanın işə çıxmaması ilə bağlı məlumat yayılıb.

Manset.az məsələni dəqiqləşdirmək üçün Nigar Mehdiyeva ilə əlaqə saxlayıb. O, hazırda iş başında olduğunu bildirib:

"Mən işdəyəm. Hazırda iclasdayam. Bu məsələlərə şərh vermək istəmirəm"– deyə Nigar Mehdiyeva qeyd edib.

Əməkdaşımızın qayınatası Ramiz Mehdiyevlə bağlı sualını isə Nigar Mehdiyeva cavablandırmaqdan imtina edib və telefon zəngini sonlandırıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
22 oktyabr 2025, 15:45
Top