“Ölkə üzrə iş saatlarının dəyişdirilməsi ilə bağlı müzakirələr dəfələrlə aparılıb. Bu, ilk növbədə tıxac probleminin həlli baxımından son dərəcə vacib məsələdir. Təəssüf ki, hələ də tıxac problemi cəmiyyətdə lazımi səviyyədə müzakirə olunmur və bir qədər diqqətdən kənarda qalır”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında deputat Fazil Mustafa deyib.
Deputat bildirib ki, halbuki bu problemin həlli yollarından biri də iş saatlarının tənzimlənməsi ilə bağlıdır:
“İş saatları elə şəkildə müəyyən edilməlidir ki, insanların hərəkəti üst-üstə düşməsin, eyni vaxtda baş verməsin. Həmçinin, müəyyən sahələrdə iş saatlarının azaldılması və ya çevik iş qrafikinin tətbiqi ilə bir qrup insanın daha rahat şəkildə işə gedib-gəlməsi təmin oluna bilər. Bu da, öz növbəsində, tıxacların yaranmasının qarşısını alar. Ümumiyyətlə, bu mövzu ciddi və geniş müzakirəyə layiqdir. Təəssüf ki, bu istiqamətdə irəli sürülən təkliflər hələ də lazımi diqqəti görmür”.
Millət vəkili qeyd edib ki, bu məsələdə nəticəyə gəlmək vacibdir:
“Çünki hər səhər on minlərlə insanın tıxacda əsəbi vəziyyətdə işə başlaması nə insanların əhval-ruhiyyəsinə, nə də ümumi mənəvi mühitə müsbət təsir göstərir. Üstəlik, bu vəziyyət iqtisadiyyata da mənfi təsir edir. Buna görə, məsələni ciddi şəkildə düşünmək və geniş ictimai müzakirəyə çıxarmaq vacibdir”.
Leyla Turan
Demokrat.az