Büdcədən tibbi sığortaya ayrılan vəsait kəskin azaldılıb. 2026-cı il üçün İcbari Tibbi Sığorta Fonduna dövlət büdcəsindən 900 milyon manat vəsait ayrılması nəzərdə tutulur. Bu məbləğ ötən il ayrılan vəsaitlə müqayisədə təxminən 35 faiz azdır.
Bəs buna səbəb nədir və hansı nəticələri olacaq?
Məsələ ilə bağlı Demokrat.az-a danışan Milli Məclisin Səhiyyə komitəsinin üzvü, deputat Müşfiq Məmmədli bildirib ki, İcbari Tibbi Sığorta Fondunun vəsaitləri "İcbari Tibbi Sığorta haqqında" Qanuna uyğun olaraq bir neçə istiqamətdən təmin edilir:
“Bunun böyük hissəsi dövlət büdcəsindən qarşılanır. Sahibkarlıq subyektləri, dövlət təşkilatlarından ayırmalar, pullu xidmətlər hesabına gələn vəsait, həmçinin aksiz vergiləri hesabına toplanan vəsaitlər birlikdə İcbari Tibbi Sığorta Fondunu formalaşdırır.
Biz ilk baxışda Fonda büdcədən daxil olan vəsaitlərin azalmasını müşahidə etsək də, əslində digər sahələrdən vəsaitlərin daxil olması və yeni mənbələrin daxil olması hesabına çeşidliliyin artmasını görəcəyik. Mən düşünürəm ki, getdikcəəmək müqavilələrinin sayının artması, şəffaflığın artması İcbari Tibbi Sığorta Fondunda vəsaitləri nəinki azaldacaq, hətta artıracaq.
Bundan başqa, əmək müqaviləsi olmayan şəxslərin vəsaitlərinin də özləri tərəfindən ödənilməsi qeyri-şəffaf məşğulluq prosesinin də şəffaflaşmasını stimullaşdıracaq”.
Cavidan Mirzəzadə
Demokrat.az