"Parklama yerləri düzgün təşkil edilməlidir" — AÇIQLAMA

SOSİAL 22 oktyabr 2025, 15:36
"Şəhər yollarında hərəkət sıxlığının və nizamsızlığın qarşısını almaq üçün sürücülər daha nizam-intizamlı davranmadılar və yol hərəkəti qaydalarına əməl etməlidirlər. Çalışmaq lazımdır ki, qaydalar pozulmasın və hərəkət zamanı diqqətli olunsun".

Bunu Demokrat.az-a açıqlamasında nəqliyyat eksperti Eldəniz Cəfərov deyib.



O bildirib ki, avtomobili qadağan olunmuş yerlərdə saxlamaq tövsiyə edilmir:

"Kütləvi tədbirlər olan zaman ictimai nəqliyyatdan istifadə olunması tövsiyə edilir. Xüsusilə yağmurlu havalarda təcrübəsiz sürücülərin yola çıxmaması tövsiyə olunur ki, onlar da təhlükəsiz hərəkət etsinlər".

Ekspert deyib ki, aidiyyəti qurumları nəzarət etməlidirlər ki, Bakı şəhəri ərazisində şəhərsalma qaydaları pozulmasın:

"Şəhərdə obyektlərin tikintisi piyadaların səkilərinə və avtomobil yollarına mane olmamalıdır. Həmçinin bütün obyektlər üçün parklama yerləri düzgün təşkil edilməlidir".

Qeyd edək ki, Bakıda aparılan böyük tikinti işləri, plansız parklanma yerləri son dövrlər müzakirələrə səbəb olub. 


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top