Bakının Nəsimi rayonunda 1992-ci il təvəllüdlü Musa ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Rəfiqəyə (adlar şərtidir – red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə cütlüyün birgə yaşadığı evdə baş verib.
Mübahisə zamanı ər arvadının sol əl barmaqlarından tutaraq geriyə doğru qatlayaraq əlindəki mobil telefonla baş nahiyyəsinə və şillə ilə üz nahiyyəsinə vurub.
Hadisəni törədən Musanın barəsində Cinayət Məcəlləsinin 127.1-ci (zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə ifadə verən Musa ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.
O, ifadəsində göstərib ki, zərərçəkmiş şəxs ilə 2017-ci ildə ailə həyatı qurub və həmin nikahdan 2017-ci il təvəllüdlü Amal və 2020-ci il təvəllüdlü Səidə adlı iki övladı var:
“Mən ailəm ilə birlikdə 2022-ci ildən kirayədə yaşamışam. Hadisə ərəfədə zərərçəkmiş şəxs ilə aramızda bir neçə dəfə ailə məişət zəminində mübahisələr olub. Mən meyvə-tərəvəz mağazasında fəhlə işlədiyim üçün günortalar evə gəlmişəm və saat 17:00-da işə qayıtmışam”.
Təqsirləndirilən şəxs qeyd edib ki, hadisə günü günorta saatlarında evə gəlib, dincəlmək üçün bir müddət yatıb:
“Saat 17:10-da arvadım məni oyadaraq qalxmağımı bildirdi. Yatağımdan qalxaraq mənzilin sanitar-qovşağına, yəni hamama keçdim. Rəfiqənin evin dəhlizində enerji yığmaq üçün cərəyana qoşduğu mobil telefonuna bir neçə ardıcıl mesaj gəldiyini gördüm. Onun telefonuna gələn mesajlara nəzər saldıqda bibisi gəlini Aynurə ilə yazışdığını və mesajlarda yenə mənim haqqımda, ailələrimin daxili məsələləri haqqında müzakirələr etdiyini aşkar etdim. Mesajları rahatlıqla oxumaq üçün telefonu götürdüm və hamama keçdim. Hamamın qapısını arxadan bağladım. Bir-iki dəqiqə sonra Rəfiqə telefonunu qoyduğu yerdə görmədiyi üçün telefonun məndə olduğunu başa düşdü və hamamın qapısını döyərək telefonu verməyimi tələb etdi. Mən isə onun bibisi gəlini ilə olan yazışmalarını oxumaqda davam etdim. Rəfiqə hamamın qapısının arxasından “hamamdan pol ağacını ver, mənzilin döşəməsini siləcəm, rəfiqəm gəlməlidir” dedi. Buna görə də hamamdakı vedrəyə su doldurdum və pol ağacını götürərək ona vermək üçün hamamın qapısını açdım. Vedrəni Rəfiqəyə tərəf uzatdım.
O, içi su ilə dolu vedrəyə təpik vurdu və vedrədəki su dağıldı. Rəfiqə hamama daxil olaraq telefonu əlimdən almağa çalışdı. Mən isə telefonu ala bilməsin deyə sol əlimdə telefonu tutdym və sağ əlimlə onu özümdən kənarlaşdırmağa çalışdım. Rəfiqəni geriyə itələdim, onun əlindən daha möhkəm tutmaq üçün barmaqlarını onun sol əlinin barmaqları arasına saldım. Rəfiqəni hamamdan uzaqlaşdırmaq və telefonu ala bilməməsi üçün onun əlini geriyə doğru qatladım. Daha sonra Rəfiqəni itələdim. Yerə yıxıldıqda telefonunu onun başına iki-üç dəfə vurdum. Ona “bu nə mesajlardı yazışırsan” deyərək iradımı bildirdim”.
Təqsirləndirilən şəxs bildirib ki, daha sonra qonaq otağına keçib və SMS-ləri oxuyarkən telefonun ekranındakı boşluğa görə ekranın qaraldığını görüb:
“Telefonu Rəfiqəyə qaytardım. Bundan sonra işə getdim. Axşam saatlarında işdən evə qayıdanda isə Rəfiqə və övladlarımın yaşadıqları mənzildən getdiyinə şahid oldum Bundan sonra həyat yoldaşımın müvafiq polis şöbəsinə müraciət edərək barəmdə şikayətçi olub”.
Bu cinayət işinə Nəsimi Rayon Məhkəməsində baxılıb.
Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkmişlə barışıb. Bu səbəbdən zərərçəkən ərini bağışlayıb, ona qarşı şikayətini geri götürüb.
Bu halları nəzərə alan hakim təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verib.
O, cinayət məsuliyyətindən azad edilib.
Fariz Məlikli
Demokrat.az