YapiKredi Müraciət Forması
İdman Özəl

Arda Gülerə "Real Madrid"də liderlik rolu verilməsi təklif olunur

Arda Gülerə Real Madriddə liderlik rolu verilməsi təklif olunur

Türkiyə millisinin və "Real Madrid"in futbolçusu Arda Gülərin komandanın oyun quruculuğunda daha böyük rol alması gündəmə gəlib. İspaniyalı jurnalist Tomas Qonsales-Martin baş məşqçi Joze Mourinyoya müraciət edərək gənc yarımmüdafiəçinin meydanda liderlik etməsinin vacibliyini vurğulayıb.

Demokrat.az xəbər verir ki, bu barədə Türkiyənin "Hürriyet" nəşri məlumat yayıb.

İspaniyalı jurnalistin sözlərinə görə, "Real Madrid"in son oyunlardakı nəticələri komandanın taktiki quruluşunda dəyişikliklərin müsbət təsir göstərə biləcəyini ortaya qoyub. Madrid təmsilçisi UEFA Çempionlar Liqasında "Roma"nı 4:3, İspaniya La Liqasında isə "Sevilya"nı 4:1 hesabı ilə məğlub edib.

Qonsales-Martin hesab edir ki, Arda Gülər və Bernardo Silva yarımmüdafiədə mühüm funksiyanı yerinə yetirə bilərlər. Onun fikrincə, bu futbolçulardan ən azı biri meydanda olmalı və komandanın oyununa istiqamət verməlidir. Jurnalist Bernardo Silvanın təcrübəsinin əhəmiyyətini qeyd etsə də, portuqaliyalı futbolçunun hər oyunda 90 dəqiqə çıxış edə bilməyəcəyini bildirib. Bu baxımdan Arda Gülərin ona alternativ olmaqla yanaşı, komandada daha böyük məsuliyyət daşıya biləcəyi vurğulanıb.

Mourinyo son matçlarda Ardanın mövqeyində də dəyişiklik edib. Belə ki, "Roma" və "Sevilya" ilə qarşılaşmalarda türkiyəli futbolçu mərkəz yarımmüdafiəçisi kimi daha geridə oynayıb və hücumların qurulmasında iştirak edib. Jurnalist bu taktikanın uğurlu nəticə verdiyini düşünür və Arda ilə Bernardonun bəzi oyunlarda eyni vaxtda meydana çıxa biləcəyini istisna etmir.

Jalə