2026-cı ilin son ayları dörd bürcün nümayəndələri üçün yeni imkanlar və müsbət dəyişikliklərlə yadda qala bilər. Astroloji proqnoza görə, bu dövrdə həmin bürclər özlərinə inamlarını artıracaq, həyat məqsədlərini daha yaxşı anlayacaq və gələcəkləri ilə bağlı cəsarətli addımlar atacaqlar.
Demokrat.az xəbər verir ki, bu barədə "YourTango" nəşri yazıb.
Dolça
İlin sonuna doğru Dolçalar ideyalarının və ətrafdakı insanlara təsirlərinin nəticələrini daha aydın görəcəklər. Onlar başqalarının fikirlərindən asılı olmadan öz mövqelərini müdafiə etməyi öyrənəcək, yaxınlarının dəstəyi sayəsində əldə etdikləri uğurları daha yaxşı qiymətləndirəcəklər. Bu dövr Dolçalara özünəinam və nüfuz qazandıra bilər.
Tərəzi
Tərəzilər üçün 2026-cı il onları irəliləməyə mane olan vəziyyətlərdən uzaqlaşmaq dövrü kimi xarakterizə olunur. Astroloji şərhə görə, onlar şəxsi xoşbəxtliklərinin başqalarından asılı olmadığını anlayacaq, münasibətlərdə öz maraqlarını qorumağa daha çox önəm verəcəklər. Dekabr ayına qədər yeni imkanların və fərqli tanışlıqların yaranacağı gözlənilir.
Balıqlar
Balıqlar ilin sonuna qədər uzun müddətdir həyata keçirmək istədikləri arzularına yaxınlaşa bilərlər. Başqalarının gözləntilərinə uyğun yaşamaq əvəzinə, şəxsi istəklərinə və məqsədlərinə diqqət yetirəcəklər. Özlərinə inamlarının artması onlara yeni perspektivlər qazandıra, ətrafdakı insanları da dəyişikliklərə ruhlandıra bilər.
Buğa
Buğalar ilin sonuna doğru öz hədəflərinə daha çox diqqət ayıracaq və başqalarının təsdiqinə ehtiyac duymadan qərarlar verməyə çalışacaqlar. Onların daha çevik davranması və yeni yanaşmalara açıq olması qarşılarına çıxan imkanlardan yararlanmağa kömək edə bilər. Yaxınları da Buğaların dəyişən baxışlarını və daha sərbəst davranışlarını hiss edəcəklər.
Qeyd edək ki, astrologiya elmi cəhətdən təsdiqlənmiş proqnoz metodu deyil. Bürclərlə bağlı bu cür şərhlər əyləncə xarakteri daşıyır və gələcək hadisələrin dəqiq göstəricisi hesab olunmamalıdır.
Jalə


