YapiKredi Müraciət Forması
Maraqlı Özəl

Dörd bürc üçün çətin günlər geridə qalır: Həyatlarında ağ zolaq başlayacaq

Dörd bürc üçün çətin günlər geridə qalır: Həyatlarında ağ zolaq başlayacaq

Son aylarda çətinliklər, tərəddüdlər və emosional sınaqlarla üzləşən dörd bürcün həyatında müsbət dəyişikliklərin baş verəcəyi proqnozlaşdırılır. Astroloq Evan Nataniel Qrimin fikrincə, Əqrəb, Buğa, Şir və Dolça bürclərinin nümayəndələri qarşıdakı dövrdə həyatlarını yenidən qaydaya salmaq və yeni hədəflərə doğru irəliləmək imkanı əldə edə bilərlər.

Demokrat.az xəbər verir ki, bu barədə "YourTango" yazıb.

Astroloq gözlənilən dəyişiklikləri Plutonun retroqrad hərəkətdən çıxaraq düz hərəkətə keçməsi ilə əlaqələndirir.

Əqrəb

Son aylarda Əqrəblər özlərini çıxılmaz vəziyyətdə hiss edə, gələcəkləri və şəxsi məqsədləri barədə çox düşünə biliblər. Astroloqun fikrincə, bu mərhələ onlara qorxularını və həqiqi istəklərini daha yaxşı anlamağa kömək edib. İndi isə qazandıqları təcrübədən yararlanaraq daha cəsarətli addımlar ata və məqsədlərini dəqiqləşdirə bilərlər.

Buğa

Buğalar üçün son aylar xüsusilə münasibətlər baxımından gərgin keçmiş ola bilər. Mübahisələr və anlaşılmazlıqlar onların emosional vəziyyətinə təsir göstərib. Astroloq hesab edir ki, qarşıdakı dövrdə Buğalar lazımsız münaqişələrdən uzaq durmağı və enerjilərini qorumağı daha yaxşı bacaracaqlar. Onlar həmçinin münasibətlərinə yenidən nəzər salaraq kimlərdən məsafə saxlamağın vacib olduğunu anlaya bilərlər.

Şir

Şirlər yaşadıqları çətinliklər sayəsində özlərini və ətraflarındakı insanları daha yaxşı tanımaq imkanı əldə ediblər. Bu müddətdə onların inkişafına mane olan münasibətləri, vərdişləri və davranış modellərini müəyyənləşdirmələri mümkün olub. Astroloqun proqnozuna görə, indi Şirlər keçmişdə onları geridə saxlayan amillərdən uzaqlaşaraq şəxsi inkişaflarına daha çox diqqət ayıra bilərlər.

Dolça

Dolçalar üçün isə həyatlarına nəzarəti yenidən ələ almaq dövrünün başlandığı iddia edilir. Astroloq onların maliyyə vəziyyətini yaxşılaşdırmaq və qarşılarına qoyduqları məqsədlərə yaxınlaşmaq imkanlarının arta biləcəyini düşünür. Bunun üçün tələskən qərarlardan qaçmaq, addımları əvvəlcədən planlaşdırmaq və başqalarının fikirlərini nəzərə almaq tövsiyə olunur.

Jalə