YapiKredi Müraciət Forması
Şou-biznes Özəl

"Arka Sokaklar"ın Aylası karyerasını bitirdi: Tamamilə fərqli həyata başladı - FOTO

Arka Sokakların Aylası karyerasını bitirdi: Tamamilə fərqli həyata başladı - FOTO

Türkiyənin tanınmış aktrisalarından Filiz Taçbaş ekranlardan uzaqlaşaraq həyatını kənd təsərrüfatına həsr edib. "Mahallenin Muhtarları" serialında Behiye, "Arka Sokaklar"da isə Ayla Soylu obrazı ilə tanınan sənətçi hazırda İzmirin Əliağa rayonunda yerləşən fermasında yaşayır və zeytun yağı istehsalı ilə məşğul olur.

Demokrat.az xəbər verir ki, bu barədə "Onedio" nəşri məlumat yayıb.

Hələ 10 yaşında kamera qarşısına keçən Filiz Taçbaş uzun illər Türkiyə televiziya tamaşaçılarının yaddaşında qalan obrazlar yaradıb. O, aktyorluq fəaliyyəti ilə yanaşı, tennisə də maraq göstərib və keçmişdə milli idmançı kimi çıxış edib.

Bir müddətdir televiziya layihələrində görünməyən aktrisa İzmirin Əliağa rayonunda özünə tamamilə fərqli həyat qurub. O, vaxtını fermadakı işlərə ayırır, kənd təsərrüfatı ilə məşğul olur və zeytun yağı istehsal edir.

Hazırda Taçbaşın fermasında zeytun yığımı mövsümüdür. Aktrisa sosial şəbəkədə paylaşdığı görüntülərdə zeytunları özü yığdığını, daha sonra isə məhsulun emal prosesini izləmək üçün fabrikə apardığını nümayiş etdirib.

Sənətçi paylaşımında bütün fermerlərə bol və bərəkətli mövsüm arzulayıb. Onun paylaşımları izləyicilərinə zeytunun ağacdan yığılmasından yağ istehsalına qədər keçdiyi mərhələləri də göstərib.

Arka Sokakların Aylası karyerasını bitirdi: Tamamilə fərqli həyata başladı - FOTO

Jalə