YapiKredi Müraciət Forması
Şou-biznes Özəl

Türk aktrisa 10 illik sevgilisi tərəfindən aldadıldı: "Heç bir kişiyə güvənməyin"

Türk aktrisa 10 illik sevgilisi tərəfindən aldadıldı: Heç bir kişiyə güvənməyin

Türkiyəli müğənni və aktrisa Ayça Tekindor 10 illik həyat yoldaşı kimi gördüyü sevgilisi Yıldıray tərəfindən aldadıldığını iddia edib. Yaşadığı hadisə ilə bağlı sosial şəbəkədə paylaşım edən sənətçi izləyicilərinə səslənərək kişilərə güvənməməyə çağırıb.

Demokrat.az xəbər verir ki, bu barədə CNN Türk məlumat yayıb.

Tekindor paylaşımında bildirib ki, uzun müddət birlikdə olduğu Yıldıray ona xəyanət edib və başqa qadını hamilə qoyub. Sənətçi hadisənin mart ayında baş verdiyini qeyd edib.

Müğənninin sözlərinə görə, bir müddət sonra 10 yaşlı pişiklərinin əməliyyata hazırlanması ilə əlaqədar keçmiş sevgilisi ilə əlaqə saxlamağa çalışıb. Lakin Yıldırayın onu blokladığını öyrənib.

"10 illik həyat yoldaşım Yıldıray mənə xəyanət etdi, üstəlik, başqa qadını hamilə qoydu. Hətta məni bloklayıb. Heç bir kişiyə güvənməyin!" – deyə Tekindor paylaşımında yazıb.

Qeyd edək ki, 1972-ci ildə İstanbulda anadan olan Ayça Tekindor Memar Sinan Universitetinin skripka ixtisasını bitirib. O, musiqi fəaliyyətinə vokalist kimi başlayıb, daha sonra televiziya və kino layihələrində də yer alıb. Sənətçi aktyor Çetin Tekindorun qardaşı qızıdır.

Jalə