Quba rayonunda 1974-cü il təvəllüdlü Həmid şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı keçmiş həyat yoldaşı Fərqanəyə (adlar şərtidir – red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə bu ilin mayın 13-də baş verib.
Həmid həmin gün saat 20 radələrində fərdi yaşayış evində qısqanclıq və şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı keçmiş həyat yoldaşı Fərqanənin bədəninin müxtəlif nahiyəsindən mətbəx bıçağı ilə vurub.
Hadisəni törədən Həmidin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə ifadə verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.
O, ifadəsində göstərib ki, keçmiş həyat yoldaşı Fərqanədən rəsmi ayrılmaqlarına baxmayaraq eyni evdə yaşayırlar:
“Fərqanə firmada satıcı işləyir. Onun sərbəst həyat sürməsi, sosial şəbəkələrdə aktiv olması, şəkillər paylaşması mənə psixoloji cəhətdən pis təsir edib, onun bu hərəkətlərini qısqanmışam. Bu səbəbdən aramızda mütəmadi mübahisələrimiz yaranıb”.
Təqsirləndirilən şəxs qeyd edib ki, mayın 13-də, saat 20 radələrində əsəbləşərək mətbəx bıçağını götürüb, Fərqanənin bel və qol nahiyəsinə həmin bıçaqla bədən xəsarətləri yetirib:
“Mübahisəmiz təxminən 2-3 dəqiqə davam etdi. Orada ikimizdən başqa kimsə olmayıb. Hadisə olan gün içkili olmuşam. Qısqanclıq zəminində zərərçəkmiş şəxsə bıçaqla xəsarət yetirmişəm. Bıçaq evdə olub. Peşmanam, ailəmi bərpa etmək istəyirəm”.
İş üzrə zərərçəkmiş Fərqanənin sözlərinə görə, 2005-ci ildə təqsirləndirilən şəxs ilə rəsmi ailə həyatı qurub, birgə nikahlarından 2 övladı dünyaya gəlib:
“Əvvəllər münasibətlərimiz yaxşı olub. Amma sonradan bu münasibət pisləşib. 2019-cu ildə rəsmi ayrılsaq da, eyni ünvanda yaşayırıq. Həmid mənim iş yerimdə məni təhqir ediyi üçün əsəbləşmişəm, onu söymüşəm. O da əsəbləşərək mənə bıçaqla xəsarət yetirib”.
Bu cinayət işinə Quba Rayon Məhkəməsində baxılıb.
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.
Təqsirləndirilən şəxs üzərinə Quba rayonunun hüdudlarını tərk etməmək, axşam saat 23:30-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulub.
Fariz Məlikli
Demokrat.az